Şəkidə 500 abonentin qazı kəsildi 


Şəki rayonu, Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində diametri 76 mm olan ağac qaz xəttinin üzərinə aşıb.

Bu barədə Lent.az -a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bundan başqa, bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb.

Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb.

Hazırda “Azəriqaz”ın Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.