Xırdalanda tikilən yarımstansiyaya görə şəhərin bəzi əraziləri işıqsız qalıb.
Məsələ barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlama verib.
O bildirib ki, Abşeron rayonu və Xırdalan şəhərinin bir hissəsi, xüsusən Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb:
“Bu Xırdalan şəhəri ərazisində tikilən yeni yarımstansiya ilə əlaqədardır. Hazırda yeni tikilən 110 kVt-luq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir.
Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.