Bakıda iki azyaşlı uşaq itkin düşüb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, sentyabr ayının 21 səhər saat 07:00 radələrində Binəqədi rayonu, A.Kunanbayev küçəsində yaşayan 2004-cü il təvəllüdlü Baxşıyev Zəhraxanım Vasif qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bundan başqa, Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yaşayan 2006-cı il təvəllüdlü Məmmədov Fərid Yaşar oğlu sentyabrın 23-ü axşam saat 09:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hər iki fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.