Rusiya ABŞ üçün “sürpriz” hazırlayır


Rusiya XİN rəhbəri Sergey Lavrov onun rəhbərlik etdiyi nümayəndə heyətinin bəzi üzvlərinə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında iştirak etmək üçün ABŞ-ın viza verməməsinə münasibət bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Xarici İşlər nazirinin sözlərinə görə, ABŞ-a bu məsələ ilə əlaqədar mütləq cavab veriləcək.

"Cavab olacaq. Biz tədbirlər görürük. Bizi surpriz imkanından məhrum etməyin".

Xatırladaq ki, ABŞ Rusiya nümayəndə heyətinin 10 üzvünə BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak üçün viza verməyib.