Son 20 ildə belə bir zəlzələ baş verməmişdi.
Axar.az xəbər verir ki, bu sözləri Qəndilli Rəsədxanasının Zəlzələ Araşdırmaları İnstitutunun rəhbər köməkçisi Aslı Doğru İstanbulda baş verən 5,9 ballıq zəlzələ ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, vətəndaşlar diqqətli olmalı, bu yöndə tövsiyyələrə ciddi əməl etməlidir:
“Onsuz da, Mərmərə dənizində böyük zəlzələ gözləyirik. Lakin indiki zəlzələnin böyük zəlzələnin "müjdəçisi" olduğunu deyə bilmərik”.
Qeyd edək ki, bu gün İstanbulda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ təşvişə səbəb olub, sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.
Məktəblər, xəstəxanalar, ticarət mərkəzləri təcili təxliyə olunub. Telefon xətləri kəsilib. Şəhərdə böyük panika yaranıb.