Samux rayonunda qadının qarnına şüşə girib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib.
1978-ci il təvəllüdlü Hüseynova Elnarə Səməndər qızı evində olarkən naməlum şəraitdə şüşə ilə yaralanıb.
Zərərçəkmiş təcili olaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Əməliyyat edilən qadının vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.