Sentyabrın 26-da Londonda Westminister Magistrates məhkəmə binasından çıxarkən Zamirə Hacıyevanın görüntüsü yayılıb.
Lent.az xəbər verir ki, vəkili ilə birlikdə addımlayan Z.Hacıyeva məhkəmə ilə bağlı ona verilən sualları cavablandırmayıb.
Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya 2009-2015-ciillərdə bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.