Yaxın zamanlarda Rusiya hökuməti Ermənistana 20,8 milyon dollar yardım verəcək.
Axar.az xəbər verir ki, bu məlumatı Rusiyanın Ermənistandakı səfirliyi öz Feysbuk səhifəsində paylaşıb. Yardımın qarşılıqsız formada veriləcəyi və humanitar proqramların reallaşdırılmasına yönəldiləcəyi vurğulanıb.
Bu vəsaitin 18 milyon dollarının Ümumdünya Qida Proqramı Fondu vasitəsilə stabil məktəb qida sisteminin yardılması üçün ayrılacağı bildirilib. 2,8 milyon dolların isə Geqarqunik və Vayoç Dzor bölgələrində inkluziv iqtisadi inkişaf layihələrinə yardıma xərclənəcəyi qeyd edilib.