Düşmənə yardım edən HDP-çilər həbs olundu

Mardin polisi “Sülh çeşməsi” əməliyyatı əleyhinə sosial şəbəkədən paylaşımlar edən və terror qruplaşmasına yardım göstərən şəxslərin müəyyən edilməsi üçün araşdırma aparıb.

Axar.az xəbər verir ki, aparılan araşdırmadan sonra polis dəstələri Derik və Qızıltəpə bölgələrində əməliyyat keçirib.

Əməliyyatlardan sonra aralarında Derik və Qızıltəpə bələdiyyələrinin HDP-çi məclis nümayəndələrinin də olduğu 17 partiya üzvü həbs olunub.