24 cinayətin üstü "isti izlər"lə açılıb: 33 nəfər saxlanılıb

Oktyabrın 11-dən 12-dək Azərbaycanda törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilb.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.