Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
APA -nın məlumatına görə,bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə bildirib.
Müdafiə naziri müşavirədəoktyabr ayınının axırlarında Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.