Gəncə şəhər prokuroru Fazil Həsənəliyev vəzifəsindən azad olunub.
Report xəbər verir ki, F.Həsənəliyev Baş Prokurorluqda yüksək vəzifəyə təyinat alıb.
Belə ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.