Azərbaycan mühüm tədbirlərin ev sahibinə çevrilib

“Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ölkəmizin beynəlxalq arenada yürütdüyü balanslı siyasətin təzahürüdür”.

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Analitik bildirib ki, Zirvə Görüşünün Bakıda keçirilməsi dünya dövlətlərinin maraqlarının qorunmasına verilən töhfədir: 

“Azərbaycanın xarici siyasətdə yürütdüyü uğurlu, humanist siyasət, ölkəmizi etibarlı tərəfdaşa, mühüm tədbirlərin platformasına çevirib. Qoşulmama Hərəkatına üzv dövlətlərin iştirakı ilə Bakıda Zirvə toplantısının keçirilməsi ölkəmiz üçün çox önəmlidir. 158 dövlətin nümayəndəsinin Azərbaycanda qonaq olması beynəlxalq arenada Azərbaycanın daha çox tanınmasına kömək edəcək. Eyni zamanda regionda və dünyada rəsmi Bakının mövqeyini gücləndirəcək. Belə önəmli tədbirin məhz Bakıda keçirilməsi ölkəmizin inkişafını və təhlükəsizlik potensialını dünyaya nümayiş etdirəcək. Ona görə də Zirvə Görüşünün növbəti Sammitinin Bakıda keçirilməsi və sədrliyin Azərbaycana keçməsi ölkəmiz üçün mühüm nailiyyətdir”.