“Azərbaycanın 3 illik müddətə Qoşulmama Hərəkatına sədrlik etməsi bizə çox böyük imkanlar yaradır”.
Bunu Sherg.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Deputat bildirib ki, bu sədrlik bizə imkan verəcək ki, dünyanın bir çox ölkəsinə Azərbaycanın strategiyasını anlada biləcəyik:
“Azərbaycanın məqsədləri ilk növbədə əməkdaşlıq və tərəfdaşlıq qurmaq, eyni zamanda sülhün bərqərar olunmasına nail olmaqdır. Çox təəssüf ki, dünyada haqq-ədalət hökm sürmür. Hüququn aliliyi işləmir və beynəlxalq təşkilatlar, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə kağız parçasına baxır. Bu təşkilatda bir çox ölkələr məhz post-totalitar rejimi keçdiklərinə görə, hüququn aliliyini və beynəlxalq hüquq normalarını qəbul edirlər. Hesab edirlər ki, böyük dövlətlərlə kiçik ölkələrin eyni haqlara sahib olması ədaləti bərpa edə bilər. Azərbaycanın əməkdaşlıq platforması, fərqli sivilizasiyalarla əlaqələri zənnimcə bu ölkələr üçün çox mühüm bir amildir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi 3 illik müddətdə öz dəyərlərini dünyaya çatdırmağa çalışacaq”.