"Azərbaycan bölgədə virusa ən az yoluxanların olduğu ölkələrin önündə gedir" - Azər Həsrət

 "Prezidentin Az.TV-yə müsahibəsi vaxtında verilmiş icmarıcdır, insanların ciddi ehtiyac duyduğu əvəzedilməz mənəvi dəstəkdir”

Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində  Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb.

Ölkə başçısı AzTv-yə  müsahibəsində deyib ki, qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyət nəzarətdə saxlanır:

“Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq”.

 Siyasi şərhçi Azər Həsrət isə “Sherg.az”a açıqlamasında qlobal problemə çevrilən koronavirus pandemiyasının dünyanı ağuşuna aldığını deyib.


Onun sözlərinə görə,  Almaniya, Fransa, İtaliya kimi Avropanın nəhəng dövlətləri hər gün yüzlərlə vətəndaşının həyatına son qoyan virusla mübarizədə bacarıqsız durumdadır. Azərbaycan isə vaxtında başlatdığı profilaktik tədbirlər nəticəsində vətəndaşlarının təhlükəsizliyini qoruyur:
“Dünyanın hər tərəfindəki Azərbaycan vətəndaşları dövlətin qayğısı hesabına Vətənə gətirilir, karantinə alınır. Bununla bərabər ölkədə önləyici tədbirlər görülür. İnsanların kütləvi olduğu iş yerləri, təhsil müəssisələri işinə ara verib. İndi də Bakı və ətrafıyla ölkənin müxtəlif istiqamətləri arasında təcrid tətbiq edilir. Dövlət istər iş adamlarını, istərsə də gündəlik çörək pulu qazanan ən adi vətəndaşı düşünüb, uyğun addımları atır. Yəni elə edilir ki, indiki mərhələdə Azərbaycan vətəndaşı tək qalmasın, arxasında gerçək bir dəstək görsün. Bütün bunlar ona görə edilir ki, vətəndaşımız bu qlobal bəladan ən az itki ilə çıxa bilsin…
Bütün bu icraatların müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Məhz onun iti zəkası sayəsində ölkəmiz koronavirusla mübarizədə nəticələri aradan qaldırmağa deyil, profilaktik tədbirlər görüb ümumiyyətlə fəsadların qarşısını almağa üstünlük verir. Belə bir yanaşma bu mərhələdən ən az zərərlə çıxacağımıza əminlik yaradır. Ona görə də Azərbaycan vətəndaşı Prezidentin bütün göstəriş və tapşırıqlarını xilas üçün əsas postulat kimi qəbul edir, ona uyğun davranır.
Hər kəs Prezidentin efirdə görünməsini, söz deməsini hər zamankından daha artıq gözləyir, arzu edir. O baxımdan İlham Əliyevin  Az.TV-yə verdiyi geniş müsahibə də tam yerinə düşdü. Prezident növbəti dəfə danışdı və vətəndaşı bir daha əmin etdi ki, vəzifəsindən, maddi durumundan və sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan insanı sonadək dövlətin himayəsində olacaq”.

A.Həsrətin sözlərinə görə prezident sözügedən müsahibədə ölkənin maddi-maliyyə vəsaitləri, pandemiyanın vura biləcəyi zərəri minimuma endirmək üçün atılan addımlar, önləyici tədbirlərə üstünlük verilməsini bir daha dilə gətirdi. Onun belə əmin və aydın ismarıcları təbii ki, Azərbaycan vətəndaşının indiki anda ən çox eşitmək istədiyi sözlər idi:

Azərbaycan Prezidenti bu müsahibəsilə bir daha göstərdi ki, sözdə deyil, əməldə hər bir Azərbaycanlının qayğısına qalır. O, istər xaricdə, istərsə də daxildə olan hər bir insanımızı düşünür, onların sağlamlığının zərər görməməsi üçün gərəkli addımlar atır. Nəticə də odur ki, Azərbaycan bölgədə virusa ən az yoluxanların olduğu ölkələrin önündə gedir. Əlbəttə, sabah nə olacağını proqnozlaşdırmaq çətindir. Lakin Prezidentin davamlı olaraq xalqın qarşısına çıxması, ən üst səviyyədən xalqı bilgiləndirməsi ən azından ümidlərin güclənməsi, insanların psixoloji olaraq özlərini rahat hiss etməsi baxımından olduqca vacibdir. Bu isə virusla mübarizədə çox önəmli faktordur. Çünki virusun özünün fəsadları bir yana, insanların pozulmuş psixologiyası da əlavə fəsadlara səbəb ola bilər ki, idiki halda buna əsla yol vermək olmaz. O baxımdan Prezidentin Az.TV-yə müsahibəsi vaxtında verilmiş icmarıcdır, insanların ciddi ehtiyac duyduğu əvəzedilməz mənəvi dəstəkdir”.