Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.
"Qhtxeber.az" portalının baş redaktoru Sənan Nəcəfov " Sherg.az"a açıqlamasında bənzəri olmayan iqtisadi və maliyyə böhranı ilə üz-üzə olduğumuzu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan üçün ikiqat sınaq dövrü yaşanır. Bir tərəfdən koronavirusa görə iqtisadi subyektlərin işində ciddi məhdidiyyətlətin tətbiqi, digər tərəfdən büdcədə əhəmiyyətli rol oynayan neft qiymətlərinin maya dəyərindən aşağı düşməsi və gəlirlərin sıfıra enməsidir: "Azərbaycanda anti-koronavirus tədbirləri və müşahidə etdiyimiz proseslər bir neçə prinsiplə yadda qaldı.
Belə bir şəraitdə Azərbaycanda anti-koronavirus tədbirlərini, görülən işləri 3 istiqamətə bölmək olar. Birincisi, pandemiyanın geniş yayılmasının qarşısının alınması və prosesin nəzarətdən çıxmaması üçün görülən təsirli tədbirlər, xüsusilə operativ qərargahın yaradılması, ağıllı və mərhələli karantin rejimi, tibbi infrastrukturun vəziyyətə adekvat hazırlanması.
İkincisi, əhalinin sosial vəziyyətinin ağırlaşmaması üçün görülən tədbirlər, ən vacibi isə aztəminatlı vətəndaşlara birdəfəlik maliyyə yardımlarının edilməsi və sahibkarlıq subyektlərinə dəyən zərəri qarşılamaq üçün maliyyə dəstəyinin verilməsi.
Üçüncüyə isə iqtisadi və sosial yanaşma modeli daxildir. Prezident İlham Əliyev onun üçün Azərbaycan vətəndaşının sağlamlığının hər şeydən önəmli olduğunu əməllərilə sübuta yetirdi. Azərbaycan Prezidentinin pandemiyanın dərinləşməsinin qarşısının alınması və risklərin idarəedilməsi üzrə hazırladığı strategiyanın xüsusi qeyd etmək lazımdır".
S. Nəcəfov hesab edir ki, belə bir durumda Azərbaycan prezidentinin qəbul etdiyi qərarların və həyata keçirdiyi siyasətin mərkəzində duran amil Azərbaycan vətəndaşı olduğunu mütləq qeyd etməliyik. Bu anti-koronavirus addımlarının əsas prinsipidir:
"Diqqət yetirək, pandemiyadan əvvəl nəzərdə tutulmuş bütün sosial layihələr olduğu kimi davam edir. İşsiz və ya böhrana görə işini itirmiş qeyri-məşğul əhaliyə 190 manat məbləğində birdəfəlik yardım edilir (İlkin hesablamalarda 200, prezidentin müdaxilsəindən sonra 600 min nəfərə iki aylıq ödəniş). 300 min muzdlu işçinin əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi, 90 min adamın ödənişli ictimai işlərə cəlb edilməsi, sahibkarlıq subyektlərinə dəyən zərərin əhəmiyyətli hisəsinin kampemsasiya olunması və ümumilikdə 3 milyard manat maliyyə paketinin ayrılması dediklərimizin sübutudur. Və diqqət: bütün bunlar heç kimə, heç bir beynəlxalq təşkilata, maliyyə qurumuna ağız açmadan, kredit, borc istəmədən reallaşır. Daha doğrusu, Azərbaycan BVF və DB-siz də virusun öhdəsindən gəlir. Ölkəmizin adı Beynəlxalq Valyuta Fondu (BFV) və Dünya Bankına (DB) müraciət edənlərin sırasında yoxdur, olacağı da gözlənilmir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Və nəticə göz önündədir".
Bu gün Azərbaycanın adı koronavirusla mübarizədə nümunəvi ölkələr sırasında çəkildiyini qeyd edən baş redaktor əlavə edib ki, insan itkisi az, sağalanların sayı çox, vəziyyət isə tam nəzarət altındadır. Böhranın dərinləşməsini önləyən və riskləri doğru şəkildə idarə edən dünyanın 10 ən uğurlu ölkəsi sırasındadı: " Əminliklə və eyni zamanda mübaliğəsiz deyə bilərəm ki, zaman gələcək, Azərbaycan prezidenti İlham Əliyevin risklərin qarşısının alınması və idarəedilməsi strategiyası ən yaxşı təcrübə kimi qeyd olunacaq, ölkəmizin yaratdığı yeni standartlar gələcəkdə meydana çıxa biləcək bu kimi xəstəlikərin vaxtında qarşısını alınması üçün nümunə kimi tətbiq olunacaq. Və yekunda qeyd etmək istədiyimiz böhran situasiyasında idarəetmə prinsipidir. Bəllidir ki, tanınmış universitetlərin, böyük şirkətlərin və mərkəzlərin son dövrlərdə ciddi önəm verdiyi ixtisas Böhran kommunikasiyası və bu durumda idarəetmə bacarığıdır. Yuxarıda qeyd etdiyimiz şərtləri və şəraiti nəzərə alsaq Azərbaycan dövləti və ali rəhbərliyi böhran situasiyasında ən uğurlu idarəetmə modeli tətbiq etdilər. Bu böhran situasiyasında tətbiq edilən ən uğurlu model kimi tarixə düşəcək. Söhbət təbii ki, yüksək menecerlik, idarəetmə bacarığını nümayiş etdirməkdən gedir. Bu baxımdan Azərbaycan Prezidentinin soyuqqanlı, rasional və çevik yanaşması Azərbaycanı həm böhrandan, həm də böyük bəladan yan keçməyə imkan yaratdı. Bu isə hər inkişaf etmiş dövlətdə, böyük uğur qazanmış liderlərdə, nüfuzlu şirkət rəhbərlərində alınmadı".