"Bu günkü yoluxma dinamikası bizim hәr zaman qorxduğumuz ikinci dalğadır" - Həkim -İnfeksionist

"Sözün açığı tək cәrimәləməklə iş bitmir. Bir - bir hər kəsə nəzarət etmək, maskadan istifadə edib-edib etmədiyini müəyyən eymək mümkün deyil"


 Azərbaycan ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, sosial məsafəni gözləmək şərtilə  tibbi maskalardan istifadə məcburi olacaq. 

Bununla bağlı məsələ pandemiya dövründə müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair 
 qaydalarda öz əksini tapıb. 
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən  sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
Qeyd edək ki,  cərimələrin tətbiqinə səbəb insanların sosial izolyasiya tətbirlərinə, xüsusən də maskadan  istifadə qaydalarına riayət etməməsidir. Maskaların alt çənənin altına salınaraq taxılmasına, pencəyin cibində salxlanılmasına, və yaxud da maskanı əldə tutaraq havada yelləyərək sosial göstəriş kimi gəzdirmək hallarına demək olar ki, hər gün rast gəlinir. Bir sözlə pandemiyanın yenidən artdığı dövrdə karantin mədəniyyəti demək olar ki yox dərəcəsindədir. 
Sosial izolyasiya tələblərinin kobud şəkildə pozulması   cərimələrin tətbiqinə rəvac verdi. Maraqlıdır, cərimələrin tətbiq olunması pandemiyanın yayılmasının qarşısının alınmasında hansı təsirlər göstərə bilər? Bu addım kifayət qədər effektli ola bilərmi?

Həkim - infeksionist Natiq Əliyevin Sherg.az-a açıqlamasına görə,  karantin rejiminin tәtbiq olunmağının mәqsәdi zaman әldә edib, virusla mübarizә aparıb, eyni zamanda tәhcizatlı vә bu yeni virusla işlәyәcәk hәkim komandaların qurulması idi ki, artıq modul tipli xәstәxanaların istifadəyə verilməsi bu  mәqsәdə xidmәt edir:

"Karantin rejimi mәrhәlәli şәkildә yumşaldılarkən  kütlәvi informasiya vasitәsilərinin köməyi ilə   insanlar sosial izolyasiya qaydaları ilə bağlı məlumatlandırıldı, fәrdi qoruyucu vasitәlәrindәn istifadә qaydaları aşılandı. Pandemiya təhlükəsi tam şəkildə keçənə qədər   insanlardan eyni dәrәcәdә vә daha da artıq hәssasiyәtlә bu qaydalara әmәl edilmәsi istәnildi. Hətta əhalinin sağlamlığı və təhlükəsizliyi naminə  tövsiyyələr artıq  tәlәb çevrildi". 

Maskadan istifadə etməyən insanların cәrimәlәnmәsinin tərəfdarı olduğunu vurğulayan infeksionist   deyib ki, ortada  rәsmi qadağa  olmasa bizim insanlar heç nəyi  ciddiyә almır:

"Düşünürәm ki  bu qәrardan sonra insanlarımız  maska taxmağın ciddiyətini anlayarlar.  Sözün açığı tək cәrimәləməklə iş bitmir. Bir - bir hər kəsə nəzarət etmək, maskadan istifadə edib-edib etmədiyini müəyyən eymək mümkün deyil.  İnsanlar özləri  şüurlu şәkildә  təhlükənin nə dərəcədə real olduğunu anlamalı və evdən çıxarkən maskadan istifadəyə özlәri tәşәbbüs göstәrmәlidir.
Demək olar ki bütün müәssәlәrdə iş yerlәri açılıb.  Hər kәs özünün və yaxınlarının sağlamlığını  düşünәrәk  qarşısındakı bütün insanlara potensial virus daşıyıcısı kimi yanaşmalı və bu günə qədər tövsiyyә olunan  gigiyenik qaydalara,fәrdi qorunma vasitәlәrdәn istifadәyə әmәl etməlidir". 

Son zamanlar koronavirusa yoluxma hallarında kəskin artımın müşahidə edilməsinə toxunan N. Əliyev deyib ki,  yoluxmanın bu səviyyəyə qalxmasına təsir edən  bir çox faktorlar var. Ən  önәmli səbəb isə bir karantinin  yumuşalmasından sonra insanlarda yaranan yersiz rahatlıq hissidir. İnsanlar sanki pandemiya bitib  düşüncәsindədir. Bu da  təbii olaraq yoluxma sayına öz təsirini  göstәrdi. Biz hazırda insanlar arasında olan rahatlama  düşüncәsinin әziyyәtin çәkirik. Bir həkim olaraq fürsətdən istifadə edib insanlara çağırış edirəm ki,  bizә kömәk edәrәk deyilәnlәrә әmәl etsinlər. Özlərinin və yaxınlarının  sağlamlığı naminə  sosial izolyasiya və gigiyena qaydalarına əməl etsinlər.  Bu günkü yoluxma dinamikası bizim hәr zaman qorxduğumuz ikinci dalğadır. İnsanlar deyilәnlәri ciddiyә almasalar,  hәr şey daha da ağır olacaq".