Prezident tam haqlıdır:«Minsk qrupu iflicdir»

«Hətta həmsədrlər ölkələrdən biri olan Rusiya özü açıq şəkildə etiraf etdi ki, artıq qrupun fəaliyyəti yoxdur»


Prezident İlham Əliyev aprelin 22-də Şuşada reallaşan Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib. Ölkə başçısı müxtəlif  məsələlərlə bağlı mühüm bəyanatlar səsləndirib. Azərbaycan lideri diqqətə çatdırıb ki, əfsuslar olsun, bu gün Ermənistanda hələ də yüksək vəzifəli şəxslər Minsk qrupu haqqında sözlər deyirlər: “Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub”.

Dövlət başçısı 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etmədiyini deyib:

“İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri çoxdur. Məhz buna görə 28 il adıçəkilən qrupu nəticəsiz qalıb”.

Mövzunu politoloq, “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov "Sherg.az"a dəyərləndirib.

S.Hümbətovun sözlərinə görə, ATƏT-in Minsk qrupu de-yure qalsa da, de-fakto iflicdir. Hətta həmsədrlər ölkələrdən biri olan Rusiya özü açıq şəkildə etiraf etdi ki, artıq qrupun fəaliyyəti yoxdur:
"Bizim Minsk qrupu ilə ciddi əlaqəmiz qalmayıb. Münaqişənin tənzimlənməsində fərdi dövlətlər və ən əsası  tərəflər diqqət çəkə bilər. 

Minsk qrupundan 30 il müddət ərzində bəzi dövlətlər üçün təyziq “rıçak”ı kimi yararlanıblar. Qrupun fəaliyyəti ilə özlərinin fəaliyyətlərini tənzimləməyə çalışıblar. Bundan sonra da belə etmək istəyirlər. Lakin reallıq ortadadır. Azərbaycanın regionda yaratdığı reallığa əsasən Minsk qrupuna ehtiyac duyulmur. 

Ölkə başçısı Ermənistana və havadarlarına bizim üçün Misnk qrupu anlayışının mövcud olmadığı ismarışını ötürür. 

Necə ki, 6 apreldə  Brüsseldə Ermənistanla görüşdük, danışdıq, belə də irəlilədə bilərik. Hər hansı qrup vasitəsilə təyziq etmək sevdasına düşməyin. Çünki heç bir siyasi, hüquqi əsası olmayacaq”.