Xəbər verdiyimiz kimi, Antalya böyük şəhər bələdiyyə başqanı Muhittin Böcəyin və Antalya Türk Ocağı başqanı Abdullah bəy Uysalın dəvəti üzrə mayın 5-dən 8-dək davam edəcək Yörük Türkmən festivalı - Türk yürüşündə Azərbaycan Türk Ocağı heyəti də iştirak edir.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Türk Ocağı adına qurulan cadırda tarixi fotoşəkillər, milli mədəniyyət nümunələri və kitablar sərgilənir.
Azərbaycan Türk Ocağının sədri, "Şərq" qəzetinin baş redaktoru, "Azərbaycan Türk Ocağı"nın başqanı, tarixçi alim Akif Aşırlı vurğulayıb ki, bu gün Azərbaycan Türk Ocağı adına qurulan çadırı "Türk Dünyası Araşdırmalar" vakfı başkanı Közhan Yazgan, Antalya Jandarma komandanı tüğgeneral Yavuz Özfidan və heyəti , Türkiyədə fəaliyyət göstərən dərnək rəhbərləri, "Akdəniz" universitetinin professor müəllim heyəti , tələbələr , Azərbaycandan simpoziuma qatılan dəyərli Faiq Ələkbərli ziyarət edib:
"TRT radioda canlı efirə qatılıb Turan festivalı barədə fikirlərimi də söylədim. Bircə o bəlli ki , Azərbaycana maraq həddən ziyada böyükdür. Övladlarının Azərbaycan sevgisinə görə onlarla insan Ocağımızı ziyarət elədi. Azərbaycanda cap olunan kitablara da böyük tələb var".