ABŞ-nin Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiyaları bu ölkəni çətin vəziyyətə salıb.
APA xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
"Venesuela nefti uzun illərdir sanksiyalar altındadır. Lakin indi Prezident Tramp təşəbbüs göstərib. Venesuelanın sanksiya altında olan neftini daşıyan gəmilər yoxlanılıb və biz həmin gəmiləri məhz bu səlahiyyətlə ələ keçiririk. Mən inanıram ki, Maduro rejimi çıxılmaz vəziyyətdədir", - Bessent bildirib.
Qeyd edək ki, 10 dekabr tarixində ABŞ Prezidenti Donald Tramp Venesuela sahillərində böyük bir neft tankerinin ələ keçirildiyini elan edib. Baş prokuror Pem Bondi isə daha sonra ələ keçirilən tankerin Venesueladan, eləcə də İrandan neft daşınmasında istifadə edildiyindən şübhələndiklərini açıqlayıb.