“Bayraktar” həmişə haqsızı susdurub və susduracaq
Yusif Nəzərli
08:20 24.05.2022
Aktual
642
Ərdoğan bəzi Qərb ölkələrini dürüst, səmimi olmağa çağırır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin “Bayraktar” və “Akıncı” PUA-larına birmənalı olmayan münasibətini tənqid edib. Ərdoğan bildirib ki, Ukraynada uğurlarına görə adına mahnılar bəstələnən Türkiyə istehsalı PUA-lar Qarabağ müharibəsində “günahsız insanları” qətlə yetirən “ölüm maşınları” kimi təqdim edilib.
Türkiyə lideri vurğulayıb ki, hazırda Türkiyənin NATO-nun təhlükəsizliyinə töhfələr verdiyini hayqıranlar vaxtı ilə Liviyada, Suriyada atılan addımlara görə ölkəmizi sərt şəkildə tənqid edirdilər. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da bir müddət əvvəl bu məsələyə toxunmuşdu. Prezident İlham Əliyevin sözlərini xatırladan xarici işlər naziri “Qərb ölkələrinin münasibətinə baxsaq, Türkiyə PUA-ları Qarabağda qatil idi, Ukraynada isə sanki mələyə döndü” demişdi. Xatırladaq ki, Almaniyanın aparıcı KİV-i olan “Bild” nəşrində yayımlanan “Ümid silahı” başlıqlı məqalə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Məqalədə vurğulanmışdı ki, Ukrayna ordusu Rusiya ilə müharibədə Türkiyə texnologiyasına - “Bayraktar” pilotsuz uçuş aparatlarına ümid edir. Nəşr Türkiyə istehsalı olan dronların texniki göstəricilərindən bəhs açmış, ukraynalıların ona hətta mahnı belə qoşduğuna diqqət çəkmişdi. Maraqlı isə odur ki, aylar öncə Almaniyanın həmin media qurumu “Bayraktar PUA”ları barədə məqalə dərc edərkən onu “Ərdoğanın qatil dronu” adlandırmışdı.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı, yəni Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad edərkən, bir çox Qərb ölkəsi Türkiyə istehsalı PUA-ları ciddi tənqid hədəfinə çevirmişdi. Partiya təmsilçisinin sözlərinə görə, pilotsuz uçuş aparatlarının dinc əhalinin yaşadığı yerləri hədəf aldığı iddia olunurdu:
“Lakin müharibədən sonra bəlli oldu ki, ümumiyyətlə, Azərbaycan Ordusu mülki insanların olduqları bölgələrdə heç bir yerə silah tətbiq etməyib. Erməni silahlılarının, quldur dəstələrinin, separatçıların mövqeləri dəqiq hesablamalarla məhv edilib. Fransa və Kanada bu məsələdə daha irəli getmişdi.
Kanada həmin PUA-larda istifadə olunan bəzi texniki detalları Türkiyəyə satmaqdan imtina etmişdi. Ancaq Ukrayna savaşında belə qadağaların heç birinə rast gəlinmir. Təbii ki, bütün hallarda Ukraynanın savaşı haqq uğrunda mübarizədir. Biz də Kiyevin yanındayıq və Rusiyanın hərbi təcavüzünü qəti şəkildə pisləyirik.
Ancaq dünyanın bir sıra ölkələri də ciddi məsələlərə ikili standartlarla yanaşmamalı, haqsız olanları müdafiə etməkdən çəkinməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya