Azərbaycan Ordusuna erməni təxribatlarının qarşısını almaq tapşırığı verilib

Azərbaycan Ordusuna erməni təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirədə Zakir Həsənov revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.