“Nə vaxta qədər ki, bütün korrupsionerlər öz "dərisində" bunu hiss etməyəcəklər, təhlükə olduğu kimi də qalacaq”
Ötən həftə Saatlı rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib. Bir neçə vəzifəli şəxs saxlanılıb. Əməliyyatı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları aparıb. Baş Prokurorluğun mətbuat xidməti faktı nə təsdiq, nə təkzib edib. Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə geniş açıqlama veriləcək.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, insan psixologiyasında belə bir məsələ var - adam qonşusunun, yaxınının başına gələn pisliyin ondan yan keçəcəyini düşünür:
"Ölkəmizdəki korrupsionerlər də bu fikirdədir. Məmur həmkarı həbs olunanda növbə ona gəlib çatmayacaq. Bu isə yanlış qənaətdir. Ona görə də Azərbaycanda funksioner özbaşınalığı davam etməkdədir.
Nə vaxta qədər ki, bütün korrupsionerlər öz "dərisində" bunu hiss etməyəcəklər, təhlükə olduğu kimi də qalacaq.
Azadlıqda olan məmurda psixoloji baxımdan qorxu yaransa, o, məsələnin ciddiyyətinin fərqinə varar".