Kimsəsiz şəhiddən 6 min manat rüşvət alıblar?  - Qardaşı nazirliyə dəvət edildi - Üstü açılır!

“Şəhid Səbuhi Əhmədovun qardaşı bildirib ki, rəhmətlik qardaşından “Komando” xüsusi briqadasına daxil olmaq üçün 6 min manat rüşvət alıblar”.
Bu sözləri “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev Facebook hesabında yazıb.
O ,bir neçə saat öncə bu barədə Müdafiə Nazirliyi ilə danışdığını və araşdırılma aparıdığını bildirib:
  “Artıq Əhmədovun qardaşı Nazirliyə dəvət edilib. Məsələni xüsusi diqqətdə saxlayırıq. Məncə, günün sonuna qədər ciddi nəticə əldə olunacaq”.