“...təxribata cavab verməlidir”
Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışı edib.
Azərbaycan lideri bəyan edib:
“Yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi. Biz hesab edirdik ki, nəhayət bu, onlara dərs olacaq.
Çünki Ermənistan ordusu tamamilə dağılmış vəziyyətdədir. Müharibə dövründə 10 min fərarisi olan ölkə müharibə aparmaq iqtidarında deyil.
Biz müharibədən dərhal sonra onlara sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır”.
Sülh olsa belə, ermənilərin xülyalarından əl çəkməyəcəyini deyən Ağ Partiya sədri Tural Abbaslı “Sherg.az”a bildirib ki, Ermənistan kimi qonşun varsa ayıq-sayıq olmalısan:
“Biz sərhədlərin demakasiya və delimitasiyası etsək belə, rəsmi İrəvan təxribatlara davam edəcək. Ona görə də Azərbaycan ordusu hər an hazır olmalı və bütün təxribat cəhdlərinə cavab verməlidir.
Belə cavablardan və tarixi torpaqların alınmasından sonra yerdə qalan 3-5 erməni hər şeyi başa düşəcək.
Onlar anlayacaq ki, burda artıq söhbət “böyük Ermənistandan” yox, onların var olub-olmamasından gedir. Bundan sonra isə səkitləşəcəklər.
Çünki erməni xisləti hər zaman gücün qarşısında əyilir. Nə zaman ki, güclü olacaqsan, sənlə hesablaşacaqlar, nə vaxt ki, zəifləyəcəksən, üzərinə gələcəklər. Bu baxımdan da “köpəklə dostluq elə, kötəyi yerə qoyma” prinsipinə əsaslanmalıyıq”.