İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH-ın) Quru Qoşunlarının Araz çayı yaxınlığında hərbi təlimi başlayıb.Təlimlərin qoşunların hərbi gücünün artırılması məqsədilə və illik proqrama əsasən keçirildiyi bildirilib.Sözügedən təlim SEPAH-ın Quru Qoşunlarının "Aşura" Qərargahı tərəfindən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində reallaşdırılacaq.
Mövzu ilə bağlı "Sherg.az"a danan siyasi şərhçi Asif Nərimanlı söyləyib ki, təlimin ssenarisinə helikopter-paraşüt əməliyyatı, gecə hücumu, helikopter döyüşü, PUA-ların istifadəsi, nəqliyyat/rabitə xətlərinin ələ keçirilməsi və nəzarət, strateji yüksəkliklərin əldə olunması və Araz çayı üzərində körpünün inşa edilməsi daxildir:
"İran ordusu Azərbaycan sərhədində həmin ssenarini məşq edəcək. Ən diqqətçəkən məqam Araz çayı üzərindən körpünün inşa edilməsinin də təlimə daxil olmasıdır.
Bu, sərhədə toplanan ordunun Araz çayı üzərindən Azərbaycan ərazisinə keçməsinin mümkünlüyünün mesajıdır. Eyni zamanda, inşası nəzərdə tutulan körpü, yaxud körpülər üzərindən atlayaraq, müdaxilə edə biləcəklərinə işarədir.
Mollalar açıq şəkildə Azərbaycana təhdid ünvanlayır. Araz çayı boyunca Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi təhdidlərə tutarlı cavab olardı".