"Görüş rəsmi Moskvanın vasitəçiliyi ilə keçiriləcək. Avropada əldə olunan müəyyən yaxınlaşmalardan sonra şəxsən Fransa prezidenti Emmanuel Makronun imzası ilə Avropanın adına ləkə olacaq ifadələrin səsləndirilməsi onların mövqeyini ciddi şəkildə sarsıtdı. Ona görə Rusiyanın dərhal hərəkətə keçməsi baş verə biləcək hadisə idi".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Ekspert bildirib ki, Ukrayna-Rusiya müharibəsi kontekstində müqavilənin imzalanmasını və Zəngəzur dəhlizinin açılmasını gözləməliyik:
"Uzun müddətli proses deyil. Yol üzərində Avropanın, yoxsa Rusiyanın nəzarət etməsi əsas məsələdir. Dünyanın taleyini həll edəcək vacib amildir.
Rusiya-Ukrayna müharibəsi beynəlxalq təchizat zəncirini sıradan çıxardı. Həmin zəncir qısa yolla Zəngəzurdan keçməlidir. Keçmədikcə böyük problemlər yarana bilər.
Bahalaşma kimi məsələlərə şərait yaradan Ermənistan və İrandır. Rusiya və Avropa yol çəkərək ciddi nəzarət əldə etməyə çalışırlar. Soçi görüşündən daha əhəmiyyətli addımların atılmasını gözləməliyik. Buna çox yaxınıq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Rusiyada üçtərəfli görüş keçirilə bilər.Tədbirin keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur.