“...Rusiya ilə iqtisadi-siyasi əlaqələrini heç bir formada bloklamır”
“Rusiya indiki məqamda Türkiyəyə böyük ehtiyac duyur"
Rusiya Prezidenti Vladimir Putin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təqdir edib.
Putin Ərdoğanı çətin, lakin ardıcıl və etibarlı tərəfdaş adlandırıb:
"Ərdoğan güclü liderdir və öz ölkəsinin maraqlarından çıxış edir. O, heç vaxt imkan verməz ki, kimsə boynuna oturub onu özgə maraqlarını rəhbər tutmağa məcbur etsin".
Siyasi şərhçi Tural İsmayılov Rusiya liderinin Türkiyə rəhbəri barədə söylədiyi fikirlərə münasibət bildirib. "Sherg.az"a danışan analitikin fikrincə, Türkiyə digər NATO ölkələrindən fərqli olaraq, Rusiya Ukrayna savaşında birmənalı şəkildə anti- Rusiya fəaliyyəti həyata keçirmir:
"Türkiyənin vasitəçiliyi ilə bir çox qlobal problemlər həllini tapır. Rəsmi Ankaranın obyektiv və qərəzsiz mövqeyi nəticəsində Ukrayna taxılının dünyaya daşınma prosesi baş verir.
Türkiyə ilə Rusiya arasında dünya coğrafiyasında bəzən fikir ayrılıqları yaşanır. Lakin tərəflər konseptual məsələlərdə ortaq addımlar atmağı da bacarırlar.
Rusiya və Türkiyə xüsusilə, enerji təhlükəsizliyi ilə bağlı mövzularda əməkdaşlıq etməyə çalışır. R.T. Ərdoğan Türkiyəni regional liderdən qlobal siyasi gücə çevrilib.
V.Putin də fərqindədir. Digər NATO üzvlərinin Türkiyə əleyhinə apardığı manipulyasiyalar, Qərbin uzun müddət Türkiyə dövlətini və iqtidarını gözdən salmaq üçün reallaşdırdığı siyasi basqılarda türk müdafiəsini formalaşdıra bilib. Bütün faktorlar Türkiyənin reytinqinin yüksəlməsinə, dünyadakı siyasi proseslərdə rolunun artmasına şərait yaradır. Rusiya hərtərəfli basqılar altındadır.
Yeganə NATO üzvü Türkiyədir ki, Rusiya ilə iqtisadi-siyasi əlaqələrini heç bir formada bloklamır. Rusiya indiki məqamda Türkiyəyə böyük ehtiyac duyur".