"Nə Rusiya, nə Ermənistan, nə də bir başqa ölkə Qarabağda söz sahibi deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarının heç bir təsiri yoxdur".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
H.Səhrablının qənaətincə, Azərbaycan Ermənistandan güclüdür. Gücümüzə uyğun addım atmalıyıq:
"N.Paşinyan bəzi məqsədlərə çatmaq istəyir. Qərb dairələrinin “əli” ilə Cənubi Qafqazda söz haqqına malik olmağı hesablayır. Sadəcə Rusiyadan dəstək alaraq varlıqlarını qoruya bilərlər. Paşinyan Ermənistanın vəziyyəti yaxılaşana qədər Rusiya faktorunu canlı saxlayır. Rusiyanın Qarabağdakı separtaçı rejimi qoruması onların maraqlarına uyğun gəlir.
Hazırda real təhlükə yoxdur. Əlbəttə, qardaş Türkiyə "Şuşa Bəyannaməsi"nə əsasən, həmişə Azərbaycanın arxasındadır. Suvenerliyimizə qarşı hər hansı təhdid olduğu təqdirdə, Türkiyə anında müdaxilə edəcək.
Dəvətlə Türkiyə ordusu gələrsə, çözülməsi müşkül məsələ daha da dərinləşəcək. Rusiya tələb edəcək ki, Türkiyə ordadırsa, rus sülhməramlılar da qalmalıdır.
Amma biz Qarabağda tam nəzarətin yalnız Azərbaycana məxsus olmasına çalışırıq".
Qeyd edək ki, Azadlıq Radiosunun erməni xidməti, "Azatutyun" yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 29-da hakim “Mülki müqavilə” partiyasının qurultayında çıxışı edib. Qarabağdakı separatçı rejim isə Rusiyanın Qarabağda müddətsiz qalmasını istəyir: "Soçidə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalma müddətinin 15-20 il uzadılmasına dair sənədi imzalamağa hazıram”.