"8 Noyabr Qələbəsi Türkiyənin Qurtuluş Savaşından sonra türk dünyasının ən böyük zəfəridir.
Birinci Dünya Müharibəsində bir çox cəbhələrdə vuruşaraq geri çəkilən türklər 1922-ci ildə böyük bir hücumla irəlilədilər. İrəliləyiş sentyabrın 27-də başlayan və noyabrın 8-də Şuşanın azad edilməsi ilə tac qazanan Qarabağ müharibəsi ilə davam edir. Sentyabrın 9-da İzmirin yunan işğalından azad edilməsi qədər Şuşanın ermənilərdən azadlığına qovuşması da önəmlidir".
Bunu "Sherg.az"a açıqlamasında türkiyəli jurnalist, ekspert Güngör Yavuzaslan deyib.
O, bildirib ki, Azərbaycan dövlətinin Ermənistan tərəfindən işğal olunmuş Qarabağ torpaqları uğrunda apardığı xilasetmə müharibəsi 2020-ci il iyulun 12-də Tovuz ətrafında baş verən hadisələrdə olduğu kimi Ermənistanın Tərtərə hücumları ilə başlayıb:
" Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan ordusu Azərbaycan sərhəd xəttinin bir çox məntəqələrinə hücuma keçib. Əvvəlkilərdən fərqli olaraq, gərgin münaqişələrdən sonra Ermənistan səfərbərlik, Azərbaycan isə sərhəd xəttində “müharibə vəziyyəti” elan edib, paytaxt Bakıda və digər vilayətlərdə bir neçə saatlıq komendant saatı tətbiq olunub. Bakıdan gözlənilən “Vur əmri” sərhəd xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinə gəlib. Bu, 44 gün ərzində Azərbaycan türklərinin Qarabağ vətən mübarizəsinin hekayəsidir.
2020-ci il sentyabrın 27-də başlayan və qırx dörd gün ərzində Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının azadlığı uğrunda bir xalqın azadlıq mübarizəsindən kənarda qalan Qafqazda və Xəzər hövzəsində balansı dəyişən bir prosesdir. Azərbaycan prezidenti "30 illik status-kvonu dağıtdıq" deyəndə Türkiyə “meydanda da, masa arxasında da ” Azərbaycanın yanındayıq deməklə mübarizədə öz yerini tutdu. Ankara və Bakı “bir dövlət” kimi çıxış edərək yeni strategiya irəli sürdülər".
Jurnalist sonda "Şuşa Aslanları"na (red.Xüsusi Təyinatlı Qüvvələr) şeir səsləndirib:
"Düşməninə heç vaxt boyun əyməyən,
Şəhidlik arzulayan, ölümlə əylənən,
Bayraq uğrunda canından keçən
Azərbaycanın igid, Şuşa Aslanları!
Qarabağa yollar tapıb, dağları aşan,
Cəbrayıldan Füzuliyədək sərhəddə dayanan,
Düşməni düz alnının ortasından vuran,
Azərbaycanın igid, Qarabağ qəhrəmanları!
Dilinizdə təkbir, əllərində şanlı bayraq,
Vətən ürəklərində, dualarında HAQQ.
Yol ver, vaxt və tarix türkdür, bax
Dastanları yenidən yazan, azərbaycanlı uşaqlar!".