İnformasiya xüsusi təyinatlılarımız  Xocalı və Xankəndidə: “Sülhməramlılar təlaşda...” - VİDEO

"Azərbaycan ərazisində jurnalistlərimizə qarşı sərgilədikləri mövqeləri göstərir ki, onlardan sülhməramlı olmaz”

“Beləliklə, rus sülhməramlılarının yararsız fəaliyyəti ifşa olundu”

“Azərbaycan xalqının Xocalı və  Xankəndinə yürüşünü başlatmaq zamanıdır” 

"2025-ci il ərəfəsində belə məsələlər olmalıdır. Rusiya tərəfinin istəyi mandatın müddətini uzatmaqdır. Orda icra etdikləri layihələr var, zəmanət almağa çalışırlar".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidməti, Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

O bildirib ki, sülhməramlıların özbaşına addımları 2020-ci ildə dəfn edilmiş "Dağlıq Qarabağ" anlayışını yenidən dirçəltməyə, həyat verməyə səy göstərməklərinin tərkib hissəsidir:

"Azərbaycan ərazisində jurnalistlərimizə qarşı sərgilədikləri mövqeləri göstərir ki, onlardan sülhməramlı olmaz. Azərbaycan  informasiya xüsusi təyinatlılarının Xocalıya, Xankəndinə gedişi idi. Onların bundan çox qorxduğu, təlaşa düşdükləri ortaya çıxdı. Beləliklə, rus sülhməramlılarının yararsız fəaliyyəti ifşa olundu. Azərbaycan xalqının Xocalı və  Xankəndinə yürüşünü başlatmaq zamanıdır. Ölkə rəhbəri müvafiq addımlar atır.
Bölgəyə isə İran, Gürcüstan, Ermənistan və digər müxtəlif ölkələrdən kimliyi bəlli olmayan şəxslər gəlirlər. Bəlkə onlar terrorçudurlar".

Qeyd edək ki,  Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı İTV-nin jurnalistinə mane olmaq istəyib. Bu barədə İTV-nin bölgəyə ezam olunmuş jurnalisti bildirib. O bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov Azərbaycan ərazilərinə keçməyə icazə verməyib. Jurnalist sülhməramlılara, “bura sizin ərazi deyil” sözləri ilə cavab verib.