İran uşaqların dili ilə Azərbaycan və İsraili təhdid etdi - VİDEO

İran Xudafərin körpüsündə çəkdirdiyi video ilə yenidən Azərbaycan və İsraili təhdid edib.
Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
"Sherg.az" bildirir ki, videoda molla rejimi özü cəsarət edə bilmədiyi üçün uşaqların dili ilə Azərbaycan və İsraili təhdid edir.
Qeyd edək ki, klip Azərbaycan dilində çəkilib.