““ASALA” terrorçuları və bu qruplaşma ilə ittifaqda olanlar yenidən peyda olublar”
“Səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə İran dünyanın “lider” dövlətlərdəndir”.
Bu barədə “Sherg.az”a politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, İrandakı fanatiklər yüz illər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ səfirliyinə hücuma və diplomatların girov götürülməsinə qədər uzun yol qət ediblər:
“Ancaq İranın sözdə dost və tərəfdaş adlandırdığıı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu xatırlamıram.
Bunu da etdilər. Qatillər və onların arxasındakı güc və güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq.
Ötən ilin sentyabr ayında erməni fanatiklər Azərbaycanın Fransadakı səfirliyinə hücum edəndə və Londona dini fanatik qrup səfirliyimizi qısa müddətə ələ keçirəndə təklif etmişdim ki, indiki həssas məqamı nəzərə alaraq münasibətlərimizin gərgin və soyuq olan dövlətlərdəki səfirliklərimizin təhlükəsizlik tədbirlərini artıraq. Buna indi də ethiyac var. İranda səfirliyimizə hücum edən qatilin başqa ölkələrdə ardıcılları tapıla bilər. Bu mərhələyə də hazır olmalıyıq. “ASALA” terrorçuları və bu qruplaşma ilə ittifaqda olanlar yenidən peyda olublar.