Kahramanmaraşın Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraşla yanaşı 10 əyalətdə dağıntılara səbəb olub.
"Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, zəlzələ bölgəsindəki vətəndaşlara pulsuz zənglər və internet verilib.
Bu barədə Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. Nazir müavini Ömər Fatih Sayan diqqətə çatdırıb ki, operatorlarımıza zəlzələ bölgəsindəki vətəndaşların fasiləsiz rabitəsini təmin etmək tapşırılıb.
"Bölgədəki bütün əhali üçün pulsuz zəng və internet quraşdırılıb".