Sabiq Baş nazirdən Türkiyəyə: "...Bir nəfər kimi hər şeyə hazırıq"

"Bir Millət Bir dövlət olduğumuz kimi dərdlərimiz də birdir".
"Sherg.az" bildirir ki, bunu sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn öz Facebook hesabında paylaşıb. 
O vurğulayıb ki, Türkiyədə baş verən böyük zəlzələ xəbəri Azərbaycanda hamımızı həyəcanlandırıb:
"Zəlzələ nəticəsində həyatını itirən insanlara Allahdan rəhmət, yaralılara şəfa, qardaş bacılarımıza səbr diləyirəm.
Yanınızdayıq və bir nəfər kimi hər şeyə hazırıq"-deyə partiya rəhbəri əlavə edib. 
Qeyd edək ki, Bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Bu saata olan məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb. Dağıntılar yeddi vilayətdə qeydə alınıb.