"Çam və Sakura Şəhər Xəstəxanasında müalicə edilən zəlzələ zamanı xəsarət almış vətəndaşlarımızı ziyarət etdik".
"Sherg.az" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan öz Tviter hesabında qeyd edib. O bildirib:
"Allah bütün zərərçəkmişlərimizə şəfa versin. Həlak olan vətəndaşlarımızın ağrısını qəlbimizdə daşıyarkən göz yaşlarımızı birlik və həmrəyliklə siləcəyik".