"İndiki şəraitdə Qazaxın 7, Naxçıvanın 1 kəndinin işğal altında olması Ermənistana qarşı əlavə mexanizmlər, təsir imkanları yaradır".
Bu sözləri "Sherg.az"a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Mütəxəssisin sözlərinə görə, böyük ehtimalla, 10 noyabr gecəsi müqavilə imzalayan Paşinyanın yaltaqcasına, qorxaqcasına söz oyunu oynamasına şahid olduq:
"3 il sonra gəlinən nəticədə isə sülh prosesindən imtina etməsini gördük. Beləliklə, nəinki Qazaxın 7, Naxçıvanın 1 kəndini qaytara bilirik, heç sülh müqaviləsinə də nail olmamışıq. Belə görünür ki, ağır işlər bir müddət sonrakı mərhələyə qalır.
Ondan əvvəl Qarabağdakı separatçılarla bağlı proseslər öz həllini tapmalıdır. Bundan daha öncə isə sülh müqaviləsinin şərtləri dəqiqləşdirilməlidir. Ona imza atılmalıdır və tərkib hissəsi kimi icra ediləcək rayonların qaytarılması məsələsi də nəzərə alınmalıdır. Bu da yaxın gələcəkdə, indiki kəskinləşən münasibətlər fonunda çox da real görünmür".
Qeyd edək ki, Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır.