"Məktəbi hər gün dərs başlamazdan öncə mühafizəçilər, nəzarətçilər və yaxud inzibati işlərlə məşğul olan şəxslərdən biri yoxlamalıdır".
Bunu "Sherg.az"a açıqlamasında fiziki tərbiyə dərsində yıxılan şagirdlə bağlı məlumata münasibət bildirərkən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
Eksert bildirib ki, məktəblərdə mütəmadi şəkildə zirzəmiyə, pilləkanlara, otaqlara baxmaq lazımdır: "Tutalım, uçan-dağılan, qırılma ehtimalı olan pəncərə şüşəsi ola bilər. Kimsə keçəndə üzərinə düşmə ehtimalı var. Mütləq vizual baxış keçirilməlidir.
Məktəbin çöl tərəfinin nəzarətdə saxlanması, kənar şəxslərin daxil olmaması, dərs tədris edilməyən boş sinif otaqlarının bağlı qalması məqsədəuyğundur. İdman, hərbi, əmək dərslərinin keçirilən otaqlarda müəyyən vasitələr, dəzgahlar olduğu üçün ehtiyatı əldən vermək olmaz.
Şagirdlərin həyat və sağlamlığı üçün təhlükə riskini minimuma endirməliyik".
Qeyd edək ki, Bakı şəhəri 22 nömrəli tam orta məktəb şagirdinin təhsil müəssisəsinin binasından yıxılması xəbəri yayılmışdı. Məktəbdən Oxu.Az-a verilən məlumata görə, şagirdin məktəbdə ikinci mərtəbədən yıxılması ilə bağlı məlumat həqiqəti əks etdirmir:
“Bu gün 9f sinfinin şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fiziki tərbiyə dərsində yıxılıb və qolundan yüngül xəsarət alıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdin ailəsinə məlumat verilib.