MN:Ermənistan tərəfinin atəş mövqeləri susdurulub

Hazırda Ermənistan ordusunun təxribat törətdiyi istiqamətdə nisbi sakitlikdir.
"Sherg.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Məlumatda bildirilir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
"Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib", - Nazirlik vurğulayıb.