“Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünə, həmçinin regional təhlükəsizliyə ciddi təhdid yaradır”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova erməni təxribatına Aİ-nin Ermənistanda olan 200 nəfərlik müşahidə missiyasından heç bir mövqe sərgiləməməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutması, onların tərəfindən məqsədyönlü şəkildə törədilmiş növbəti təxtibatdır:
“Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi. Çünki Ermənistan hakimiyyəti bir müddətdir ki, Azərbaycan və digər vasitəçilər tərəfindən ürəli sülürən təkliflərə cavab vermir həta müxtəlif yollarla bu təklifləri bloklamağa çalışır".
Avropa İttifaqının missiyasının Ermənistana gətirilməsi məsələsinə də toxunan Sevil Mikayılova qeyd edib ki, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib:
"Ermənistan siyasi rəhbərli hesab edir ki, Aİ missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb və bu kimi təxribatlarla Azərbaycanı günahkar göstərməyi bacaracaq. Ancaq istəyinə nail ola bilmədi və indi təxrtibatına izahat vermək məcburiyyətindədir.
Ermənistan bu təxribatla növbəti dəfə göstərdi ki, onlar nəyinki problemlərin həll olunmasına çalışmırlar, hətta əsas məqsədi problemləri daha da dərinləşdirməkdir. Danışıqlar prosesində müəyyən pozitiv meyllərin olduğu dönəmdə bu təxribata əl atılması Ermənistanın əsl mahiyyətini üzə çıxarır".
Xanım parlamentari əlavə edib ki, sülh prosesində iştirak edən dövlətlər, beynəlxalq təşkilatlar da Ermənistanın təxribatçı hərəkətlərini görməzdən gələ bilməzlər:
"Mütləq şəkildə Ermənistanın bu təxribat cəhdləri qınanmalıdır. Ermənistan hakimiyyəti başa düşməlidir ki, müxtəlif qüvvələrin dəstəyini əldə edib öz məqsədlərini gerçəkləşdirəcəyinə ümid etməkdənsə, ardıcıl təxribatlar yolunu davam etdirməkdənsə, mövcud reallıqlarla barışıb sülh müqaviləsi üzərində işləri davam etdirsin”.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi Gündüz oğlu Tağıyev şəhid olublar. Baş verən təxribata Aİ-nin Ermənistanda olan 200 nəfərlik müşahidə missiyasından heç bir mövqe bildirməyib.