İsmayıllıda son günlərdə ağartı məhsullarının qiyməti bahalaşıb. Baku TV bununla bağlı süjet haızrlayıb. Satıcıların sözlərinə görə, heyvan yemlərinin qiymətinin baha olması ağartı məhsullarına da təsir edib.
Onlar qeyd ediblər ki, əvvəllər 4-5 satılan pendirin qiyməti hazırda 7-8 manatdır:“İnək yağının bir kiloqramı 18 manat, camış yağı isə 20 manatdır”.
Bahalaşmanın səbəblərini "Sherg.az"a şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, bu, bazardakı tələb və təkliflə əlaqəlidir:
"Tələb çox, təklif isə az olanda qiymətlər artır. Azərbaycanda liberal bazar iqtisadiyyatının qaydaları az işləyir. Çünki ölkəmizdə inhisarçılıq mövcuddur, məmur sahibkarlığı var. Qiymətlər bəzən obyektiv yox, subyektiv səbəblərdən bahalaşır. Eyni zamanda Azərbaycanda yem məhsulları böyük qismi qonşu ölkələrdən idxal olunur. Yemin qiyməti bahalaşdıqca problemlər artır. Maldarlıqda, heyvandarlıqda qiymət artımı yem təminatı ilə bağlıdır. Bölgələrdə qış tamamilə yekunlaşmayıb, yem bolluğu müşahidə olunmur. Təbii yem, otluq sahələr yoxdur. Ona görə qiyməti yüksəldirlər".