Ermənistan KİV Zəngəzurda (Sünik) Azərbaycan ordusnunu hərbi geyimində olan şəxsin saxlanılmasının görüntülərini yayıb.
"Sherg.az" xəbər verir ki, görüntülərdən saxlanılan şəxsin vəhşicəsinə döyüldüyü hiss olunur.
Məsələ ilə bağlı açıqlama verən Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, həm Ermənistan, həm də Azərbaycan Cenevrə konvesiyasına tərəfdaşlıq edir.
O qeyd edib ki, belə hərəkətlər hərbi əsrlərlə davranış konvesiyasının bütün müddəalarına ziddir:
"Bu hadisənin tərkibində beynəlxalq cinayətlər qrupuna daxil olan iki növ qanunsuzluq var. Biri müharibə, digəri isə insanlıq cinayətidir. Müharibə cinayəti o halda baş verir ki, insanlar öldürülür, mülki obyektlər dağıdılır. “Roma Statutu”na görə işgəncə insanlıq əleyhinə cinayət hesab edilir. Ermənistan bu statutu ratifikasiya etməyə hazırlaşır. Statutu ratifikasiya etdikdən sonra bu epizod imkan verir ki, Ermənistan öz vətəndaşlarına qarşı cinayət işi başlatsın və onları həbs edib, Haaqaya göndərsin".
Sədr əlavə edib ki, Ermənistan dövləti konvesiyanı və “Roma Statutu”nun müddəalarını pozub:
"Cenevrə konvesiyasında hərbi əsrlərlə davranış qaydaları var. Hərbçimimizin işgəncə görməsi isə müharibə cinayətləri fəslinə aiddir. Yəni Ermənistan qanunvericiliyi imkan verir ki, baş verən hadisəyə görə lazımi şəxslər məsuliyyətə cəlb edilsin. Biz isə bu hadisə haqqında dərhal bəyanat yaymalı, aidiyyəti beynəlxalq qurumlara məlumat verməli və dünyaya bildirməliyik. Digər tərəfdən Ermənistan hökumətindən cinayətkarların cəzalandırılmasını tələb etməliyik. Həmçinin bizim tərəfimizdən də cinayət işi açılmalı və hadisəni törədənlərin kimliyi məlum olduqda onları beynəlxalq axtarışa verilməlidir. Ümumiyyətlə “Roma Statutu" əsasında beynəlxalq cinayət məhkəməsi belə davranışlara görə otuz il müddətində cəza nəzərdə tutur".