İran Silahlı Qüvvələri 18 Aprel Milli Ordu Günü münasibətilə ölkənin müxtəlif şəhərlərində hərbi paradlar keçirib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tehranda keçirilən hərbi paradda İran prezidenti Seyid İbrahim Rəisi, Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani, İran Ordusunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi, İnqilab Keşikçiləri Korpusunun general-mayoru Hüseyn Selami və çox sayda komandirlər iştirak edib.
Qeyd edək ki İran prezidenti İbrahim Rəisi Tehranda Milli Ordu Günü münasibətilə keçirilən hərbi paradda İsrail və ABŞ-ı hədəf alan çıxışlar edib.
O İsraili məhv etməklə hədələyərək deyib:
"ABŞ ən qısa zamanda bölgəni tərk etməlidir. Çünki bölgəni təhdid edərkən regionda, təhlükəsiz mühit yaratmayıb və yaratmayacaq. Lakin İran Silahlı Qüvvələrinin mövcudluğu harada olurlarsa olsunlar, təhlükəsizlik və sabitliyi təmin edir".
Regionda İrana qarşı heç bir hərbi əməliyyata icazə verməyəcəklərini və Fars körfəzinin İran Silahlı Qüvvələrinin nəzarəti altında hər zamankindən daha təhlükəsiz və dinc olduğunu bildirən Rəisi, İranın regionun heç bir ölkəsi üçün təhdid olmadığını, regionda sabitlik, təhlükəsizlik və sülh istədiklərini bildirib:
“Çıxışında İsraili hədəf alan Rəisi, "İsrail rejimi İrana qarşı atacaqları bir addıma görə necə cavab verəcəyimizi çox yaxşı öyrəndi və lazımi mesajları aldı. Çünki ən kiçik bir səhvdə Təl-Əvivi və Hayfanı məhv edəcəyik".
Mənbə: Hürriyət qazeti