Ötən axşam qatıldığı canlı yayım zamanı xəstələnən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki gündür proqramlarını ləğv edib.
"Sherg.az" xəbər verir ki, Səhiyyə naziri Fəxrəddin Koca Ərdoğanın səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.
"Qardaşlarım, bilirəm ki, hamınız Prezidentimizin sağlamlıq durumunu diqqətlə izləyirsiniz. Bu səhər onlarla idim.
Hamınıza çoxlu salamı var. Onun səhhəti yaxşıdır, qastroenterit infeksiyasının təsiri azalıb. Ən qısa zamanda proqramlarını davam etdirəcəklər.
Prezident onun üçün dua edən, tezliklə sağlamasını diləyən bütün həmvətənlərimizə təşəkkürünü bildirdi" -, deyə F.Koca Konyada açılış mərasimində qeyd edib.