"Qadan alaram, Gəncənin ruhunu Bakıda da hiss edirəm".
"Sherg.az"ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında yazıb. O, piştaxtanın qarşısında çəkdirdiyi fotosunu paylaşıb.
Səfirin tviti izləyicilərin marağına səbəb olub. Böyük Britaniya rəsmisinin tvitinə "qada görməyəsiniz, cənab səfir", "Sağ olun ki, Gəncəmizi bizim qədər siz də sevirsiz" kimi şərhlər gəlib.
İfaçı Elnarə Xəlilova da "Cənab səfir, sizə azərbaycanlı olmaq çox yaraşır" -, deyə həmin tvitə rəy bildirib.