"Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq” radiosuna müsahibəsində deyib ki, İrəvanda "Nemezis" (Türkiyənin və Azərbaycanın tanınmış simalarına qarşı terror aktları törətmiş təşkilat) abidəsi ilə bağlı yanlış qərar verilib, onun həyata keçirilməsi də yanlış olub".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Siyasi şərhçinin fikrincə, Paşinyan yalan danışır:
"Onun abidənin qoyulmasından əvvəlcədən xəbəri olub və o bu təxribatın qarşısını almayıb. Məsələ burasındadır ki, abidənin İrəvanda qoyulmasının təşəbbüskarlarından biri şəhərin vitse-meri Tiqran Avinyan olub. O abidənin açılışında da iştirak edib. Tiqran Avinyan Nikol Paşinyanın lideri olduğu “Mülki Müqavilə” partiyasının üzvüdür. O bir müddət Paşinyanın administrasiyasında rəhbər vəzifədə də çalışıb. Paşinyan partiyadaşının terrorçulara qoyulan abisəsiylə bağlı çalışmasından məlumatlı olub və bunun qarşısını almayıb, ona deməyib ki, “bu abidə indiki həssas məqamda - Azərbaycan və Türkiyə ilə danışıqların getdiyi mərhələdə əlavə gərginlik yaradacaq”. Nəticədə Türkiyə doğru qərar verərək Ermənistan təyyarələrinə hava sahəsini qapadıb".