İnsanlar təqaüd yaşının artmasından narahat deyil: İqtisadçı şərh verdi

"Əksinə, bir çoxu pensiyaya daha gec çıxmaq istəyirlər - çünki maaşlar təqaüddən 2-3 dəfə çoxdur"

"Ölkədə tez-tez təqaüd yaşı məsələsi müzakirə edilir, halbuki, bu, ikinci dərəcəli məsələdir. Əsas məsələ təqaüdün az olmasıdır". 

"Sherg.az"ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib. 

Ekspert bildirib ki, ona görə də bizdə insanlar təqaüd yaşının artmasından narahat deyil: 

Əksinə, bir çoxu pensiyaya daha gec çıxmaq istəyirlər - çünki maaşlar təqaüddən 2-3 dəfə çoxdur. Bütün dünyada hökumətlər təqaüd yaşını artırmaq istəyəndə insanlar küçələrə çıxır, etiraz edirlər. Bizdə isə, əksinə, deputatlara müraciət edirlərlər ki, təqaüd yaşını 70-75 yaşadək artırsınlar. Vətəndaş təqaüdə çıxmaq istəmir, orta təqaüd bizdə 423 manatdır, 900 mindən çox təqaüdçü 300-350 manat arası pensiya alırlar. Müəllim düşünün, 600-800 manat maaş alır, hələ bir repetitorluqdan da qazanır, arada hədiyyə də alır. Ancaq təqaüdə çıxsa 350 manat alacaq. Ona görə də "ayağı yer, əli qələm tutana qədər" işləmək istəyir ki, heç kimə yük olmasın. Bunu bizim bəzi deputatlar utanmadan fəxrlə, "camaat işləmək istəyir", kimi təqdim edirlər. Problemin kökü məhz budur, yaş ikinci dərəcəli məsələdir...".