Arazdəyəndə iri metallurgiya zavodunun inşası BÖYÜK FƏLAKƏT vəd edir

Ermənistandakı ekofəallar da bu məsələyə ciddi etirazını bildirməli, hökuməti bu ekocinayətə son qoymağa vadar etməlidirlər

Ermənistan ABŞ şirkəti ilə birlikdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır.  

Tikintiyə 70 milyon dollar  yatırılacaq. Erməni mətbuatın yaydığı məlumata əsasən bu, böyük istehsal müəssisəsi olacaq. Beləki zavodun sahəsinin 16 500 kvadratmetr olması nəzərdə tutulur. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1000 nəfərə çatacaq. Zavodu tikən “GTB Steel” şirkəti iddia edib ki, zavod Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir, yaxınlıqda flora və fauna, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur. Ancaq bu inandırıc deyil. Çünki yerli ekofəalllar da buna etiraz edir. 

Yaranmış vəziyyətim ciddi narahatlıq doğurduğunu deyən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Sherg.az bildirib ki, bu müəssisə böyük ehtimalla zərərli istehsalat tullantılarını Araz çayına axıdacaq: 

“Əvvəla, Ermənistan “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozub. Ermənistanın da imza atdığı həmin konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı və bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Bizi narahat edən əsas məsələ odur ki, ermənilər 30 illik işğal dönəmində Azərbaycanın yeratlı sərvətlərinə, flora və faunasına, meşə örtüyünə, su resurslarına qarşı amansız terror siyasəti həyata keçirib. Yəni sərvətlərimiz barbarcasına talanıb. Həmçinin torpaqlarımızda zərərli tullantılar basdırılıb və zəhərli maddələr çaylarımzıa axıdılıb. Transərhəd Oxuçayın başına gətirilənlər isə göz önündədir. Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı çirkləndirir. Hesab edirik ki, Arazdəyəndə tikilən metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. 

Ekspert  əlavə edib ki, Araz çayı onsuz da Ermənistan tərəfindən kifayət qədər çirkləndirilib:

“Araz çayının sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. Biz dünya ictimaiyyətini Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq. Təbiət, su resursları hamınındır. Ermənistandakı ekofəallar da bu məsələyə ciddi etirazını bildirməli, hökuməti bu ekocinayətə son qoymağa vadar etməlidirlər. Çünki Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə Araz çayının çirklənməsi daha da artacaq və ərtaf mühiti çirklənməsi sürətlənəcək. Həmçinin çayın və bölgənin eksositeminə ciddi ziyan vurulacaq. İnsanlarda müxtəlif xəstəliklər yayılacaq. Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan ciddi eko təhdidlə üz-üzə qalaacq”.