Putinin bir qapısı qalıb : Kreml maksimum Türkiyə kimi dövlətlə əlaqələri itirməməyə çalışır  - Toğrul İsmayıl 

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edərək ölkə başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
Bu barədə Kremlin xarici siyasət müşaviri Yuri Uşakov açıqlama verib.
Açıqlamada iki ölkə başçısının Putinin Türkiyəyə rəsmi səfər etməsi üçün razılığa gəlindiyi bildirilib.
Eyni zamanda, prezidentlərin rəsmi görüş keçirməsi də planlaşdırılır.

Baş tutacaq səfəri "Sherg.az"a şərh edən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl qeyd edib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiya ilə də əlaqələrini davam etdirir:



"Rusiyanın  məhdud çıxış nöqtəsi var. Hətta son dönəmlərdə Putin çox ölkəyə səfər etmir. Ümumiyyətlə səfərin ikili münasibətlərin inkişafına hesablandığını düşünürəm. Yəni Moskva və Ankara münasibətlərinin gələcək perspektivinə yönəlik addımlar bir daha gözdən keçiriləcək. Kreml maksimum dərəcədə bu günkü şərtlərdə Türkiyə kimi dövlətlə əlaqələri itirməməyə çalışır. Çünki Türkiyə Rusiyanın dünyaya açılan qapısıdır. Digər tərəfdən Türkiyənin həm NATO, həm də Avropa İttifaqı üzvü olması Moskva üçün önəmlidir".

Analitik qeyd edib ki, rəsmi Ankara Moskvaya dəfələrlə münaqişənin sülh yolu ilə həll edilməsini təklif edib:

"Sülh yolu dedikdə isə Ukraynanın ərazi bütövlüyünü qorumaq şərti ortaya qoyulur. Yəni Rusiya tamamilə geri çəkilərək, əvvəlki statuslarda Ukrayna ilə münasibətləri qurmalıdır. Bununla bağlı isə Türkiyə əlindən gələni edir. Xatırlayırsınızsa Antalya formunda XİN başçılarını bir araya gətirdi, İstanbulda heyətlərin görüşünü təşkil etdi və.s. Həmçinin Türkiyənin vasitəçiliyi ilə taxıl kolidoru da fəaliyyət göstərir. Yəni rəsmi Ankaranın özü sülhə vasitəçilik etməkdə maraqlıdır. Çünki Mərkəzi Asiyaya olan münasibətlərdə, Türkiyə-Rusiya əlaqələri ön plana çıxır və Avrasiyanın iki böyük ölkəsinin arasındakı vəziyyət bölgəyə təsir göstərir. Ümumiyyətlə Türkiyə hər zaman vasitəçi rolunu və sülhdən yana olduğunu açıq şəkildə ifadə edib. Lakin mən hələlik, sülh müqaviləsinin zamanının yetişmədiyini düşünürəm".