Qarabağ işğaldan azad olunduqdan sonra əsas müzakirə mövzularından biri ermənilərlə birgəyaşayışın təminidir. 90-cı ilədək azərbaycanlılar ermənilərlə qonşu olub, bir-birinin evinə qonaq gedib-gəlib. Lakin “mehriban” qonşuluq gözdən pərdə asmaq üçün imiş. Erməni vandallarının soydaşlarımıza qarşı törətdiyi saysız-hesabsız terror aktlarına baxmayaraq, Azərbaycan sülhü bərqərar etmək üçün əlindən gələni edir. Bu gün ermənilərlə bir yerdə məskunkaşmaq doğma yurduna qayıdacaq azərbaycanlıları narahat edir.
“Sherg.az" olaraq ictimai fiqurlar, ziyalılarla əlaqə saxladıq. Onlar “Ermənilərlə burun-buruna yaşayarsızmı?” sualına fərqli apsektlərdə cavab verdilər.
Yazıçı Şərif Ağayar bildirdi ki, başqa çıxış yolumuz yoxdur:
“Sherg.az" olaraq ictimai fiqurlar, ziyalılarla əlaqə saxladıq. Onlar “Ermənilərlə burun-buruna yaşayarsızmı?” sualına fərqli apsektlərdə cavab verdilər.
Yazıçı Şərif Ağayar bildirdi ki, başqa çıxış yolumuz yoxdur:
“Hər iki tərəf qalıcı sülhə cəhd göstərməlidir. İndi Qafqazda sülh istəməyən burda yaşayan bütün xalqların düşmənidir”.
Ağdam rayonunun Paprəvənd kəndindən olan siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı, ermənilərlə birgə yaşamaq istəmədiyini vurğulayıb:
Ağdam rayonunun Paprəvənd kəndindən olan siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı, ermənilərlə birgə yaşamaq istəmədiyini vurğulayıb:
“Onlar xalqımıza, elə mənim qohum-əqrəbama qarşı cinayətlər törədiblər. Kəndimizi, qəbirstanlığımızı darmadağın ediblər. Bu yaxınlarda doğma yurdumuza getmişdim, hər yeri talan olub.
İndiyədək Xocalıda əsr düşən 150 nəfərin taleyi də naməlum idi. Vaqif Xaçaturyan daxil olmaqla ermənilər həmin 150 nəfəri asıb. Cinayətləri bağışlamaq mümkün deyil. O qədər tövbə etməlidilər ki, düşünək, “onları bağışlamaq olarmı, ya yox”. Ermənilər birgəyaşayışın çarəsini fikirləşməkdənsə, yenidən təxribat törədirlər. Şər kampaniyası aparırlar. Azərbaycanlıların yenidən ermənilərlə birgəyaşayışı mümkün olmayacaq”.
İndiyədək Xocalıda əsr düşən 150 nəfərin taleyi də naməlum idi. Vaqif Xaçaturyan daxil olmaqla ermənilər həmin 150 nəfəri asıb. Cinayətləri bağışlamaq mümkün deyil. O qədər tövbə etməlidilər ki, düşünək, “onları bağışlamaq olarmı, ya yox”. Ermənilər birgəyaşayışın çarəsini fikirləşməkdənsə, yenidən təxribat törədirlər. Şər kampaniyası aparırlar. Azərbaycanlıların yenidən ermənilərlə birgəyaşayışı mümkün olmayacaq”.
Millət vəkili Aqil Abbas isə “Evimi tikərlər, üzr istəyərlər. Xalqa dəyən təzminatı ödəyərlər, sonrasına baxarıq” -, deyə reaksiya verib.
Yazıçı, şair, publisist Aqşin Yeniseyin sözlərinə görə, birgə yaşamaq məsələsi uzun illərin problemidir. Bu mümkün olmadığı üçün vəziyyət indiki həddə çatıb:
Yazıçı, şair, publisist Aqşin Yeniseyin sözlərinə görə, birgə yaşamaq məsələsi uzun illərin problemidir. Bu mümkün olmadığı üçün vəziyyət indiki həddə çatıb:
“Ermənilər digər xalqın milli düşüncəsini qəbul etmir. Qan qohumluğuna bağlı toplumdular. Digər xalqlarla ünsiyyətdə problem yaşayıblar. Bizans xalqları, Anadolu türkləri, ruslarla da belə münasibətləri olub. Rus jurnalist və tarixçi Vasili Veliçkonun “Qafqaz” kitabı var. Həmin kitabda ermənilərin başqa xalqlarla niyə yola getmədiklərini izah edir.
Xalqın qanında, genində özünü izolyasiya edib yaşamaq xüsusiyyəti mövcuddur. Özünüqoruma instiktindən də irəli gəlir. Ermənilərin məhdud ərazilərdə, digər xalqlardan təcrid olunmuş formada yaşamasını təmin etmək lazımdır. Əks halda başqa xalqla yola getməyəcəklər. Tarixə nəzər salsaq, dost olduqları xalq yoxdur, həmişə problem yaradıblar”.
Aqşin Yeniseyin qənaətincə, ermənilərin qonşuluğunda fransızlar, ingilislər yaşasaydı, yenə də eyni münaqişə durumu yaranacaqdı:
“Yalnız müəyyən dövrlərdə, yəqin ki, basqı altında olduğu vaxtlarda güzəştli formada dil tapıblar. Şərait yaranan kimi milli qan qohumluğuna əsaslanan kimlikləri üzə çıxır. Məsələyə “ziyalılar münasibət bildirsə, əhalinin fikri dəyişəcək” ideyası ilə yanaşmaq olmaz. Bəzən deyirlər, azərbaycanlı ziyalılar erməni aydınlar ilə dil tapmalıdır və s. Erməni milli kimliyi elədir ki, öz aydınını da edam edər. Həm onların, həm də bizim xoşbəxtliyimiz üçün “Çin səddi” çəkmək lazımdır. Əks təqdirdə bir müddət sonra hadisələr təkrarlanacaq”.
Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcidin qənaətincə, erməni xalqına tövbə lazımdır:
Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcidin qənaətincə, erməni xalqına tövbə lazımdır:
“Ermənilərlə birgəyaşayışı görən nəslin nümayəndəsiyəm. Onlar azlıqda olanda özlərini səmimi, xoşrəftar kimi göstərməyi bacarırlar. Amma zaman göstərdi ki, ermənilər riyakar və zalım insanlardır. Baş verən Vətən müharibəsindən, şəhərlərimizin, kəndlərimizi viran qoymalarından, törətdikləri vəhşilik və qəddarlıqlardan sonra birgəyaşayışı hələ ki təsəvvür edə bilmirəm.
Onlar törətdikləri cinayətlərə görə üzr istəyib, içlərindəki faşizm toxumlarını məhv etməlidilər. Bu halda bəlkə, gələcəkdə birgəyaşayış mümkündür.
Qarabağda , xunta rejiminin girovluğunda yaşayan sağlam düşüncəli ermənilərin olduğuna inanıram. Həmin erməniləri girovluqdan azad etməliyik. Sağlam düşüncəli ermənilər qanunlarımıza uyğun olaraq torpağımızda yaşaya bilər”.
Qarabağ qazisi Rey Kərimoğlu sualı cavablandırmaqda tərəddüd edib:
“Özüm Ağdam rayonun Şıxbabalı kəndindənəm. Yurduma qayıdanda qonşuluğumda erməni olmayacaq. Ona görə də, cavab verməkdə çətinlik çəkirəm. Heç bir azərbaycanlı istəməz ki, Xocalı soyqrımı, Qaradağlı, Meşəli, Malbəyli kimi faciələrə məruz qaldığı millətlə qonşu olsun. Heç arzulamazdım...”.
“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin fikrincə, ermənilərlə birgə yaşamaq olar, lakin onlar ölkənin qayda-qanunlarına uyğun hərəkət etməlidilər:
“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin fikrincə, ermənilərlə birgə yaşamaq olar, lakin onlar ölkənin qayda-qanunlarına uyğun hərəkət etməlidilər:
“Biz ev sahibiyik, ermənilər bizdən soruşmalıdılar, birgəyaşayış istəyirik, ya yox? Ermənilər özləri də etiraf edir ki, Qarabağ Azərbaycandır! Qarabağda erməni kəndi yoxdur, ermənilərin məskunlaşdığı kənd var. Torpaq onların deyil.
Xalqımızın tolerantlığını, qonaqpərvərliyini, humanistliyinə bələddilər. Həmişə bundan sui-istifadə ediblər. Azərbaycan çoxmillətli ölkədir. Bütün millətlər dostcasına yaşayır.
Lakin məsələnin mənəvi tərəfi var. Doğulduğum kəndi başdan ayağa şumlayıblar. Əsgəranın kəndçisi Ağdamın qəbirstanlığını dağıdıbsa, ora nə üzlə gələcək?! Böyük Qayıdış başlayıb, dağıtdıqları kəndlərdə necə qonşu kimi yaşacaqlar?!
Azərbaycanın Konstutisiyasına görə, vətəndaşlar bir-birinə güc tətbiq edə bilməz, qanunla yasaqdır. Qanuna hörmət olaraq heç kim onlara dəyib dolaşmayacaq. Bakıda, Sumqayıtda, Şamaxıda, Qubada və s. erməni vətəndaşlarımız belə yaşayır.
Vətən müharibəsi vaxtı bəlli oldu ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın bacısı Zoya Arutyunova Kürdəmirdə ərdədir. Qadın da azərbaycanlılarla yaxşı yola gedir. Milli ayrıseçkilikdən isə söhbət gedə bilməz.
Ermənilər Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuzun gücünü, qanunlarımızı, bayrağımızı qəbul edərək yaşaya bilərlər. Dünyada sülhlə nəticələnməyən müharibə yoxdur. Sülh sazişi bağlansa, ermənilərin yaşamasında problem görmürəm. Amma eyni zamanda Basarkeçərdən, Göyçədən, Zəngəzurdan, Dərələyəzdən, İrəvandan güclə qovulan azərbaycanlıların həmin ərazilərə qayıdıb yaşamasına şərait yaradılmalıdır. Ermənistan da bu öhdəliyi üzərinsə götürməlidir. Qərbi Azərbaycan icmasını orda yerləşdirilməlidir”.
Millət vəkili Elman Məmmədov deyir ki, ermənilərdən nə qədər kənarda yaşasaq, bir o qədər başımız salamat olar:
“Bu şəxsi fikrimdir, dövlətin siyasətinə aidiyyatı yoxdur. Onların bizə qarşı son yüz ildən artıq müddətdə törətdiyi vəhşiliklər, amansız cinayətlər, xəyanətkarlıqlar gözümün qarşısına gəlir. Elə murdar məxluqdular ki, bizə qarşı düşmənçiliklərindən, məkrli siyasətlərindən əl çəkməyəcəklər. Fürsət tapan kimi pisliklərini həyata keçirirlər. Birgə yaşamaq niyyətləri varsa, Azərbaycan qanunlarına, Konstitusiyasına tabe olmalı, bayrağın altından keçməlidilər. Allah bizi belə qonşularla yaşamaq məcburiyyətində qoyub. Söhbət Qarabağda yaşayan ermənilərdən gedir.
Deyirlər guya, onların hamısı günahkar, seperatçı deyil. Gördüklərimi, yaşadıqlarımı dilə gətirirəm: siyasətlə məşğul olandan tutmuş əli silah tutub döyüşdə iştirak edənədək hamının əli var. Cinayətlərdə yerdə qalan hissə - qadınlar, qocalar da rol alıblar. Erməni silahlılarına yemək bişiriblər, ev-eşiyimizi qarət ediblər. Cinayətdən kənarda qalan kimsə yoxdur. Uşaqdan böyüyə hamısı iştirak edib.
Allahın yoluna qayıdıb “qələt etmişik, vətəndaşlığı qəbul edək, birgə yaşayaq”desələr, Azərbaycan onları deportasiya etməyəcək. Prezident Azərbaycanın mövqeyini dünyaya bəyan edib. Nə humanitat fəlakət, nə soyqrımı, nə silah çəkmək niyyətindəyik. 44 günlük müharibə vaxtı ermənilər dinc əhaliyə qarşı terror aktı törətdilər. Amma Azərbaycan onların silahsız əhalisinə toxunmadı, ziyan vurmadı”.
Belə bir məsəl var, “uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”. Təəssüf ki, tarix boyu qonşularımızın xəyanətinin şahid olmuşuq. Mayasında xəyanət olan millətlə birgə yaşamaq isə müşkül məsələdir, amma mümkünsüz deyil. Yəni mümkün olan ən maksimal variantları Azərbaycan Prezidenti onlara təklif edir. Lakin yenə də, ehtiyat igidin yaraşığıdır, erməni ilə dostluq et, çomağı yerə qoyma...
Hazırladı: Aygün Tahir